- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Aston Villa” 7 ildən sonra hücumçu Temmi Abrahamı yenidən heyətinə qatıb.
Allsport.az xəbər verir ki, Birmingem təmsilçisi 28 yaşlı ingilis forvardın transferi üçün “Beşikdaş”a 21 milyon avro təzminat ödəyib.
Razılaşmanın bir hissəsi olaraq “Aston Villa”nın gənc müdafiəçisi Yasin Özcan da İstanbul klubuna keçib. Abraham yeni klubu ilə 4.5 illik (2030-cu ilin yayınadək) müqavilə imzalayıb.
Temmi Abraham 2018/19 mövsümündə icarə əsasında “Aston Villa”da çıxış edərək 25 qolla komandanın premyer liqaya yüksəlməsində əsas pay sahibi olmuşdu. O, bu mövsüm “Beşikdaş”la çıxdığı 26 rəsmi matçda 13 qol və 3 ötürmə ilə yadda qalıb.