AÇ-2020-nin biletləri hansı ayda satışa çıxarılacaq?

AFFA Avro-2020-nin Bakı oyunları üçün biletlərin satışa çıxacağı tarixi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bilet satışına 12 iyun tarixindən başlanması planlaşdırılır. Bu barədə federasiyanın rəsmi saytında Avropa çempionatının başlamasına 500 gün qalması ilə bağlı yerləşdirilmiş yazıda məlumat verilib.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı olimpiya stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək.

2020-ci ildə Avropa çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi və 1 play-off mərhələsi oyunu təşkil olunacaq. Avro 2020-nin final oyununu Londonda “Uembli” stadionu qəbul edəcək.

Həmin kateqoriyadan