- Baxış sayı: 31
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 278
- Sentyabr 17, 2026
- 0

PSV çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə Dortmund “Borussiya”sı ilə 1:1 hesablı heç-heçə edib.
Allsport.az xəbər verir ki, Niderland təmsilçisinin baş məşqçisi Peter Bosz oyunun nəticəsini şərh edib:
“Açıq oyun idi. Əvvəlcə onların təzyiqində çətinlik çəkdik, amma yenə də böyük şanslar yaratmağı bacardıq, xüsusən də birinci hissədə.
Çox gərgin matç oldu. Çox tez-tez əks-hücum keçirmirdilər və biz oyuna nəzarət edirdik. Düşünmürəm ki, çempionlar liqası matçı faktoru çox təsir etdi”.