- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Sumqayıt” futbol akademiyasının direktoru vəzifəsinə yeni təyinat baş tutub.
Allsport.az saytı xəbər verir ki, bu vəzifə Adil Şükürova həvalə olunub.
48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” futbol akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.