AFFA 2 stadionda yeni işıqlandırma ilə bağlı tender elan edib

AFFA “Dalğa” və ASCO arenalarına işıqlandırma ilə əlaqədar tender elan edib. Allsport.az saytı xəbər verir ki, hər 2 stadionda görüləcək işlərin siyahısına yanmış lampaların işıq qüllələrində projektorlardan çıxarılması, yeni lampaların quraşdırılması (2000 wt fillips) və yeni quraşdırılımış lampalar ilə projektorların nizamlanması daxildir.

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq aprelin 26-dək AFFA-ya göndərilməlidir. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, “ASCO arena”nın əvvəlki adı “Bayıl” olub. Stadionun adı ötən gün dəyişib.

Həmin kateqoriyadan