VİDEO
AFFA azarkeşin üzləşdiyi bilet problemini həll etdi

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, “Bakcell Arena”da Bolqarıstan yığması ilə oyunda milli komandamıza dəstək olmaq məqsədi ilə bilet alaraq stadiona gələn Pərvin Quliyev adlı azarkeş texniki səbəblərdən dolayı problemlə üzləşmiş və oyunu ayaqüstə izləməyə məcbur olmuşdu.

Allsport.az xəbər verir ki, Pərvin Quliyevin AFFA-nın rəsmi “Facebook” səhifəsinə müraciətindən sonra bu məsələ araşdırılıb və həqiqətən də texniki qüsurun mövcudluğu müəyyənləşib.

Azarkeşin üzləşdiyi problemi, onun milli komandanı hər zaman dəstəklədiyini və mövcud qüsuru nəzərə alaraq, AFFA tərəfindən Pərvin Quliyevə Azərbaycan – Norveç oyunu üçün 2 ədəd bilet və üzərində soyadı qeyd olunmuş milli komandanın forması təqdim edilib.

 

 

Həmin kateqoriyadan