AFFA baş katibi UEFA-nın dəyirmi masasına qatılacaq

Bu gündən etibarən İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Niderland, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələrinin qatılacağı tədbirdə, AFFA-nın baş katib Elxan Məmmədov ilə onun müavini Sərxan Hacıyev təmsil edəcək.
Tədbir yanvarın 26-da başa çatacaq.

Həmin kateqoriyadan