AFFA çempionlar və Avropa liqalarının fınal oyunları üçün namizədliyini irəli sürüb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək çempionlar və Avropa liqalarının final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb. Allsport.az saytı xəbər verir ki, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının təşkili üçün Bakı olimpiya stadionunu təklif edib. Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionların siyahısını diqqətinizə çatdırırıq (UEFA-nın icraiyyə komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək):
UEFA çempionlar liqası
Azərbaycan – Bakı – Bakı olimpiya stadionu
İspaniya – Madrid – “Estadio Metropolitano”
UEFA Avropa liqası
Azərbaycan – Bakı – Bakı olimpiya stadionu
Gürcüstan – Tbilisi – “Dinamo Arena”
Almaniya – Frankfurt – “Frankfurt”
Almaniya – Ştutqart – “Arena Stuttgart”
Şotlandiya – Qlazqo – “Hampden Park”
İspaniya – Sevilya – “Estadio Ramon Sanchez Pizjuan”
Türkiyə – İstanbul – “Beşikdaş Arena”

Həmin kateqoriyadan