AFFA divizion klublarını da cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Şuşa Qarabağ” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 38-ci dəqiqəsində “Şuşa Qarabağ”ın futbolçusu Tərlan Xəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubu 20 manat cərimə olunub.

“Rəvan” – “Turan Tovuz” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

MOİK – “Kəpəz” matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Həmin kateqoriyadan