Ev oyunları Xankəndidə!

Ev oyunları Xankəndidə!

“Xankəndi” futbol klubu ev oyunlarını bundan sonra Xankəndi şəhər stadionunda keçirəcək. Allsport.az xəbər verir ki, bununla bağlı klubla Azərbaycan respublikasının gənclər və idman nazirliyi arasında müvafiq müqavilə imzalanıb.

Bu qərar “Xankəndi”nin inkişafında mühüm mərhələ olmaqla yanaşı, şəhərdə idman həyatının canlanmasına da töhfə verəcək. Stadionda keçiriləcək qarşılaşmalar azarkeşlər və şəhər sakinləri üçün əsl futbol bayramına çevriləcək.

Qeyd olunub ki, yaxın zamanda Xankəndi şəhər stadionunun tribunalarının yenidən futbolsevərlərlə dolması, şəhərdə futbol ənənələrinin daha da güclənməsi və “Xankəndi”nin yeni uğurlara imza atması gözlənilir.

Həmin kateqoriyadan