AFFA “Füzuli” və “Baku”nu region liqasından qovub

Region liqasının 2-ci pley off mərhələsinin cavab oyunu olan “Füzuli” – “Baku” matçından sonra adı ilk çəkilən klub AFFA-ya rəsmi müraciət ünvanlayıb.

Allsport.az saytı xəbər verir ki, müraciətə əsasən, region liqasının işçi qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klubları cari mövsümün sonuna qədər turnirindən kənarlaşdırılıb. 

Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.

Qeyd edək ki, “Füzuli” və “Baku” komandalarının turnirdən kənarlaşdırılmasından sonra “Uğur” komandasının finaldakı rəqibi də bəlli olub. Sumqayıt təmsilçisi həlledici görüşdə “Şahdağ”la üz-üzə gələcək. Qusar təmsilçisi yarımfinalda “Baku“ ilə üz-üzə gəlməli idi.

Həmin kateqoriyadan