AFFA hakimi haqsız çıxardı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Rəvan” – “Neftçala” matçında “Neftçala”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Şahdağ” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Mil-Muğan” matçında “Qaradağ Lökbatan”ın 5, “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Emin Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Kəpəz” – “Ağsu” matçında “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu İsmayıl Aslanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin oyunun videoyazısına yenidən baxıldıqda hakimin qərarının haqsız olduğu görünür, buna görə də futbolçuya verilən ikinci sarı vərəqə ləğv edilib. Hakimlər Komitəsi hakim haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin. Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Vasif Mehrəliyevlə “Ağsu”nun futbolçusu Malik Babayev bir-birini təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanıb.

Həmin kateqoriyadan