GƏRGİNLİK
AFFA ilə SOCAR «Neftçi»ni sıxışdırır?

SOCAR «Neftçi» klubunda genişmiqyaslı maliyyə yoxlamalarına başlayıb. Allsport.az saytı sportinfo.az-a istinadən xəbər verir ki, şirkətindən göndərilən auditorlar komandada hər şeyi təftiş edir. İlkin nəticələr də bu portala sızıb. Həmkarımız hələlik bunları yazmır. Sadəcə, Rövnəq Abdulayevin «Neftçi» rəhbərliyindən incik düşdüyünü qeyd edib. AFFA-nın və SOCAR-ın prezidenti himayəsində saxladığı klubda islahatların başlamasına durduğu yerdə razılıq verməyib. Yoxlamaların getdiy bir ərəfədə strukturda baş verən dəyişiklər, yeni kadrların gətirilməsi təsadüf ola bilməz. Bir-biri ilə sırf bağlıdır.

AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı Elnur Məmmədovun “Neftçi”yə vitse-prezident təyin olunmasından sonra, bayraqdarda daha bir təyinat gerçəkləşib. AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyevin oğlu Asif Əliyev də “Neftçi”yə gətirilib. Deyəsən, “Neftçi”dəki dəyişikliklər bununla yekunlaşmayacaq. Mətbuatda yayılan xəbərlərdən məlum olur ki, Elxan Məmmədovun kadrlarının “Neftçi”yə yerləşdirilməsi prosesi davam edəcək. Uzun müddətdir klubda çalışan və Sadıq Sadıqova sədaqəti ilə seçilən bir neçə şəxs vəzifəsindən uzaqlaşdırılacaq. Mənbənin sportinfo.az-a verdiyi məlumata görə, hazırda “Neftçi”də icraçı direktor vəzifəsini tutan Mübariz Xudiyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə, marketinq şöbəsinin rəisi Zaur Mutəllimov, mühasibat uçotu və hesabat şöbəsinin rəisi Qədim Əsgərli, təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev istefa ərizəsi yazacaqlar. Onların yerinə isə Elxan Məmmədovun kadrları gətiriləcək.

Mənbə onu da bildirib ki, bu prosesdən sonra Sadıq Sadıqovun ətrafında qurulan həlqə qapanacaq və onun istefaya getməkdən başqa əlacı qalmayacaq. O, “Neftçi” İSM-də işinin çoxluğunu əsas gətirərək, klubdan ayrılacaq. Həmkarımız yazır ki,  onun «vurulması» tekzliklə baş verməyəcək, zaman alacaq. Bir sözlə, indidən birmənalı rəy vermək çətindir ki, kim udacaq, kim uduzacaq.

Sportinfo.az-ın yazdığına görə, eyniadlı idman-sağlamlıq mərkəzi lap yaxınlarda SOCAR-ın balansından çıxarılacaq. Bilindiyi ki, hazırda şirkətdə ixtisarlar və struktur dəyişikliyi aparılır. İşçilərin sayının azaldılması ilə yanaşı, bir sıra sahələr, o cümlədən, təhsil və mədəniyyət qurumları SOCAR-dan ayrılır. «Neftçi»İSM də islahatların bir addımlığındadır. Öz-özünü maliyyələşdirmək sisteminə keçəcək mərkəzi rentabelli etmək, Sadıqovun əlavə çətinliklər yaradacağı istisna olunmamalıdır.

Nəzərinizə çatdıraq ki, «Neftçi» tarixində böyük uğurlara məhz Sadıq Sadıqovun klubda prezident olduğu dönəmdə atıb – son 4,5 ildə 20 ilin ən yaxşı nəticələrini göstərib. Ardıcıl 3 dəfə çempion olan “ağ-qaralar”, ölkə futbolunda ilk dəfə Avroliqaya vəsiqə qazanıb. Komanda bu yüksəlişdə 2 kəs ölkə kuboku da yiyələnib.

 

Həmin kateqoriyadan