AFFA könüllüsü medalla təltif olunub

5 dekabr – Beynəlxalq könüllülər gününə Azərbaycan könüllülərinin IV həmrəylik forumu keçirilib. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə Bakı konqres mərkəzində 20 könüllü təşkilatının 1000-dən çox fəal üzvü iştirak edib.

Tədbirdə il ərzində 5 nominasiya – dövlət qurumlarında, genişmiqyaslı tədbirlərdə, sosial layihələr, ekoloji aksiyalar və uzunmüddətli könüllülük fəaliyyəti üzrə fərqlənmiş könüllülər təltif edilib.

AFFA könüllüsü Ramin Binnətov sosial sahədə könüllülük nominasiyasında ilin könüllüsü adına layiq görülüb və medalla təltif olunub.

Həmin kateqoriyadan