AFFA-nın əməkdaşları Bakı marafonunda

Mayın 15-də Heydər Əliyev fondunun təşəbbüsü ilə “Bakı marafonu-2022” baş tutub. Allsport.az saytı xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə 5-ci dəfə keçirilən tədbir bu il fərqli marşrutda təşkil edilib.

Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət bayrağı meydanında olub və 21 kilometrlik məsafəni əhatə edib. AFFA-nın əməkdaşları və futbol ictimaiyyətinin tanınmış nümayəndələri marafonda iştirak ediblər.

Yarışın start götürdüyü Dövlət bayrağı meydanının əyləncə zonasında AFFA tərəfindən səyyar meydança quraşdırılıb.

Həmin kateqoriyadan