- Baxış sayı: 10
- 29 İyul 2026 21:38
- Baxış sayı: 64
- İyul 29, 2026
- 0

AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının “(EBSL) “B” liqasının qalibi olan Azərbaycan millisini qəbul edib.
Allsport.az saytı xəbər verir ki, görüşdə Azərbaycan çimərlik futbolu federasiyasının prezidenti Fərid Novruzi, millinin məşqçi heyəti və futbolçular iştirak ediblər.
Cahangir Fərəcullayev komandanı “A” liqasına vəsiqə qazanması münasibətilə təbrik edib, millimizə Avropanın ən güclülərinin rəqabətində uğurlar arzulayıb.