- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 49
- İyun 23, 2026
- 0

Martın 16-da saat 10:00-da “Hilton” Mehmanxanasında AFFA-nın növbəti hesabat konfransı və toplantıdan dərhal sonra icraiyyə komitəsinin iclası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, qurumun nizamnaməsinin 29-cu maddəsinə əsasən, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib (Konfransda icraiyyə komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək, toplantıya giriş dəvətnamə ilə olacaq):
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın yoxlama və təftiş komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər