- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. Allsport.az xəbər verir ki, tədbir martın 6-da Hilton otelində baş tutacaq və saat 11:00-da start götürəcək.
AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər