AFFA-nın pasport verdiyi futbolçu Ermənistan klubunda

Millimizin aşağı yaş millilərinə çağırılmış Məhəmməd Musalov karyerasını Ermənistanda davam etdirəcək. Allsport.az xəbər verir ki, “Anji”nin yetirməsi olan 26 yaşlı müdafiəçi “Pünik”lə müqavilə imzalayıb.

Dağıstan əsilli futbolçu ilə onun qardaşı Tahir 2012-ci ilin 10-20 iyun tarixlərində U-19 yığmamızın Litvanın Palanqa şəhərində keçirdiyi təlim-məşq toplanışında iştirak edib. AFFA-nın milliləşdirdiyi futbolçu U-21 yığmasında da toplanışda olub.

Həmin kateqoriyadan