AFFA prezidenti Ağdam klubunu təbrik edib

“UEFA-nın yeni təsis etdiyi, bu mövsümdən etibarən keçirilən konfrans liqasında qrup mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ” klubunu təbrik edirəm. Artıq 8-ci mövsümdür ki, komandamız ardıcıl olaraq avrokuboklarda qrup mərhələsində oynamaq hüququ qazanır”.

Allsport.az saytı xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib. O bu münasibətilə Ağdam klubunu təbrik edib: “ 6 dəfə Avropa liqası, 1 dəfə çempionlar liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ”, bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı.

Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizə bir qədər də irəliləyərək konfrans liqasının pley-ofuna vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ” futbol klubunun futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm”.

Həmin kateqoriyadan