AFFA sağlamlıq imkanları məhdud uşaqlara idman geyimləri hədiyyə edib

5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə əvvəlcə müəssisədə qalan uşaqların əl işlərindən sərgiyə, guşəyə baxış keçirilib.

Müəssisənin rəhbəri Sevinc Məlikova burada qalan uşaqlar barədə ətaflı məlumat verib. Sonda AFFA tərəfindən müəssisədə qalan uşaqlara idman geyimləri və hədiyyələr təqdim olunub, onların iştirakı ilə simvolik oyun keçirilib.

Həmin kateqoriyadan