Afrika günü

Mərakeş krallığının ölkəmizdə səfirliyinin müraciətinə əsasən, AFFA-nın təşəbbüsü ilə Azərbaycanda Afrika gününün qeyd olunması barədə razılıq əldə edilib.

Allsport.az saytı xəbər verir ki, premyer liqada mübarizə aparan klublarda Afrika mənşəli futbolçuların çıxış etdiyini nəzərə alaraq, AFFA tərəfindən klublara müraciət ünvanlanıb və həmin futbolçuların iştirakı ilə (COVID-19-la bağlı müvafiq prosedurlara riayət etməklə) klubdaxili kiçik tədbirlər təşkil etməklə Afrika gününün qeyd edilməsi təklif olunub.

“Səbail” və “Keşlə” klubları təklifi müsbət dəyərləndiriblər. Tədbirlərdə klubların rəhbərliyi, Afrika mənşəli oyunçuları, aşağı yaş qruplarından ibarət komandaların üzvləri, Mərakeş krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Əmbarç və AFFA nümayəndələri iştirak ediblər. Tədbirlərin təşkilinə AFFA tərəfindən dəstək göstərilib və iştirakçılara hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan