“Ağ-qara” plan

“Neftçi”nin yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, ilk mərhələ iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.

Təlim-məşqin 2-ci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə olacaq. Topuk yaylası bölgəsində yerləşən “Fənərbağça Resort and Sport” otelində məskunlaşacaq “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar iyunun 20, 25 və 30-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Həmin kateqoriyadan