“Ağ-qaralar” üçün 4 potensial rəqib

Bu gün çempionlar liqasında I təsnifat mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, bu mərhələdə “Neftçi”nin də rəqibi məlum olacaq.

Püşkdən əvvəl UEFA komandaları qruplara bölüb. “Neftçi”nin də potensial rəqiblərinin sayı 4-ə enib.

Səpələnməmişlər sırasında yer alacaq flaqman I raundda “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və ya “Kayrat”a (Qazaxıstan) rəqib olacaq.

Püşatma mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq. İyunun 16-da isə “Neftçi”nin II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olacaq. I raundun ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Həmin kateqoriyadan