“Ağ-qaralar”da itkilər

“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Allsport.az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan premyer liqasının XXVIII turuna iki itki ilə çıxacaq.

“Qəbələ” ilə səfər qarşılaşmasını bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş da buraxacaq. Bu matç sabah baş tutacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:30-da başlayacaq.

Həmin kateqoriyadan