“Ağ-qaralar”ın futbolçusu Afrikaya yollanmır

“Neftçi”nin futbolçusu Alfa Konte Azərbaycan premyer liqasındakı fasilə dövründə komandanın düşərgəsini tərk etməyəcək.

Allsport.az xəbər verir ki, Syerra Leone milli komandasına çağırılan legionçu ölkəmizdə qalacaq.

Buna səbəb Afrika yığmasının martda keçirilməli olan yoldaşlıq oyunlarının ləğvidir. Syerra Leone martın 22-də Sudan, 3 gün sonra Botsvana ilə qarşılaşmalı idi.

Lakin rəqiblərin bu matçlardan imtinası üzündən oyunlar baş tutmayacaq. Bu səbəbdən də Alfa milliyə yollanmayacaq.

Həmin kateqoriyadan