- Baxış sayı: 15
- 09 Noyabr 2026 17:55
- Baxış sayı: 116
- Noyabr 09, 2026
- 0

“Səbail”in hücumçusu Ağabala Ramazanov premyer liqanın 22-ci turunda “Zirə” ilə oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
“Əlbəttə, qol vurmaq həmişə futboçuya zövq verir. Lakin qalib gələ bilməyimiz daha vacibdir.
Bu cür qələbələr komandaya əlavə inam hissi verir. Çempionatın yekun hissəsi yaxınlaşır və bu, 4-cü dövrəyə uğurlu başlamaq üçün yaxşı bir fürsət oldu!”