“AİJF-in məqsədi ölkəmizin nüfuzunu dünyada möhkəmləndirməkdir”

“Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Məqsədimiz idmanı inkişaf etdirmək, ölkəmizin imicini daha da möhkəmləndirməkdir”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Azərbaycan idman jurnalistləri federasiyasının idarə heyətinin sədri Qabil Mehdiyev jurnalistlərə müsahibəsində deyib. O, Azərbaycanın dəfələrlə beynəlxalq turnirlərə, festival və çempionatlara ev sahibliyi etdiyini deyib:

“Eyni zamanda, Azərbaycan idmançıları beynəlxalq turnirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. AİJF-in idman klubu da bir neçə turnirdə iştirak edib. 3 il əvvəl də Tiflisdə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında beynəlxalq media kuboku uğrunda turnirdə iştirak etmişik.

Onda bürünc mükafatını qazanmışdıq. Bugünkü turniri isə bəzi obyektiv və subyektiv səbəblərdən 5-ci pillədə başa vurduq. Lakin bu, bizim jurnalistlərimizi ruhdan salmır. Komandamız bundan sonra da beynəlxalq turnirlərdə iştirak edəcək və uğur qazanacaq”.

Həmin kateqoriyadan