AİJİB və AMF əməkdaşlığa başlayır

Azərbaycan idman jurnalistləri ictimai birliyi ilə Azərbaycan minifutbol federasiyası arasında tanışlıq görüşü olub. Allsport.az saytı xəbər verir ki, toplantıda AİJİB-nin sədri Azər İsmayıl, idarə heyətinin üzvü Şəmsəddin Abbasov, AMF-in baş katibi Orxan Hüseynov və mətbuat katibi Sərxan İbrahimoğlu iştirak ediblər.

Söhbət zamanı tərəflər bir sıra istiqamətlərdə qarşılıqlı əməkdaşlıq barədə təkliflər səsləndiriblər, bəzi ortaq layihələrin həyata keçirilməsi üçün müzakirələr aparıblar. Qərara alınıb ki, bununla bağlı konkret planlar hazırlansın və növbəti görüşdə münasibətlər rəsmiləşdirilsin.

Həmin kateqoriyadan