- Baxış sayı: 31
- 24 İyun 2026 03:46
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
Azərbaycan və Türkiyədən bir neçə klub Ukrayna millisinin keçmiş futbolçusu Aleksandr Əliyevə maraq göstərirlər. Allsport.az xəbər verir ki, bu barədə Rusiya və Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Əliyev bu günlərdə “Anji” ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Futbolçu yeni klub axtarışındadır. Hazırda o, 2005-2013-cü illərdə fasilələrlə çıxış etdiyi Kiyev “Dinamo”sunun düşərgəsindədir.
Qeyd edək ki, Əliyev Azərbaycan əsilli olsa da, Ukrayna vətəndaşıdır və bu ölkənin millisinin şərəfini qoruyub.