Aleksandr Jidkov: “Qarabağ”a asan olmayacaq

Azərbaycan millisinin veteran qapıçısı Aleksandr Jidkov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, “Qarabağ”ın konfrans liqasının 1/16 finalında “Marsel”i keçmək imkanını dəyərləndirib: “Təbii ki, ilk oyundakı 1:3 hesablı məğlubiyyət kiçik hesab deyil. Bunun əvəzini çıxmaq asan olmayacaq. “Qarabağ”a uğurlar arzulayıram.

İstənilən məşqçiyə keyfiyyətli oyunçular lazımdır. Qurban Qurbanovun sərəncamında keyfiyyətli oyunçular var. Ona görə də nəticə verir, həm premyer liqada liderdir, həm də avrokuboklarda daim çıxış edir. Qurban Qurbanovun öz işi də ortadadır.

Çempionlar liqasının qrup mərhələsində oynadılar, indi konfrans liqasında pley-off mərhələsindədilər. Bunlar hamısı “Qarabağ”ın işinin göstəricisidir. Qurban Qurbanov və “Qarabağ”a uğurlar arzulayıram”.

Həmin kateqoriyadan