Aleksandr Səmədov: “Ferentsvaroş”a Bakıda çətin olacaq

““Ferentsvaroş” üçün Bakıda asan olmayacaq. Macarıstan klubu inizam-intizamlı, taktiki cəhətdən yaxşı hazırlanmış komandadır. Stanislav Çerçesov komandada bunu necə qurmağı bilir. “Qarabağ” üçün də dəqiq asan olmayacaq. Amma yaxşı komandadır. Ona görə də hər hansı ehtimal yürütmək çətindir”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Sputnik Azərbaycan”a Rusiya millisinin keçmiş üzvü Aleksandr Səmədov deyib. Əslən azərbaycanlı futbolçu görüş üçün proqnoz verməyin çətin olduğunu deyib: “Əsas heyətdə Kadi Borqes və Riçard Almeyda cəzalı durumda, Kevin Medina zədəlidir.

Bildiyimə görə, “Qarabağ”ın yaxşı futbolçuları var və onları layiqli əvəzləyici tapılacaq. Təbii ki, komanda əsas oyunçusunu itirərsə, bu, işi çətinləşdirir. Amma ilk oyun Bakıda keçiriləcək. Azarkeşlər dəstək olacaqlar. Məncə, bu amilə görə “Ferentsvaroş”a Bakıda oynamaq çətin olacaq”.

“Köhlən atlar” ilk görüşü avqustun 3-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-u Budapeştdə Bakı vaxtı ilə 22:00 start götürəcək.

Həmin kateqoriyadan