- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 128
- Sentyabr 23, 2026
- 0

BATE-nin baş məşqçisi Aleksey Baqa açıqlama verib. Allsport.az saytı xəbər verir ki, Belarus klubunun çalışdırıcısı “Qarabağ”ı ciddi rəqib sayıb:
“HİK-lə oyuna görə potensial rəqiblərlə maraqlanmamışıq. Əminəm ki, “Qarabağ” ciddi komandadır. Onlar ötən mövsüm çempionlar liqasının qrupunda iştirak ediblər.
İlk oyunumuz səfərdə olacaq. Deyə bilmərəm, bu yaxşıdır, ya pis. Çətin keçəcək və azarkeşlər çox olacaq. Rəqib haqda daha çox məlumat toplayacağıq”.