- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Bayer Leverkusen” “Real”ın yarımmüdafiəçisi Arda Gülərə maraq göstərir.
Allsport.az xəbər verir ki, bundesliqa klubu türkiyəli futbolçunu “kral klubu”na transferindən əvvəl də izləyirmiş. Hazırda Madrid klubu 19 yaşlı futbolçunu qış transfer pəncərəsində buraxmaqda maraqlı deyil, lakin gələn yay fürsət yaranarsa və Gülər müntəzəm oynamaq istəsə, “Bayer” rəsmi təklif göndərməyi planlaşdırır.
Gülər bu mövsüm 17 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.