- Baxış sayı: 29
- 04 Dekabr 2024 23:46
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
Azərbaycan premyer liqasının XIII turunun “Sabah” – “Kəpəz” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, Gəncə təmsilçisi haqda bunu deyib:
“Hər birinizi bayram münasibətilə təbrik edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Üçrəngli bayrağımız daim dalğalansın. Gərgin oyun oldu. Düşünürəm ki, ikinci hissədə fərqli oyun oynadıq. Son 15 dəqiqə gərgin keçdi.
Oyunu qazanmaq istəyirdik. Heç-heçəni belə düşünmürdük. Komandada daim qələbə ruhu yaşatmaq istəyirəm. Qələbə istəyəcəksənsə heç-heçə sənin olacaq. Döyüşkənliyi meydanda ortaya qoymadıqda rəqib həmişə üstünlüyü ələ keçirəcək. Buna görə də birinci amalımız döyüşkən komanda yaratmaq, heç kimdən çəkinməməkdir”.