Anar Nəzirov: Toplanışda olan özünəinam və mübarizəni göstərsək, avroliqada istədiyimizə nail ola bilərik

“Qəbələ” Türkiyədə toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli qapıçısı Anar Nəzirov Boluda təşkil təlim-məşq barədə açıqlama verib: 

“Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub. Hazırlıq prosesi əla ab-havada keçir. Bu da hər kəsi sevindirir. Artıq iki yoxlama oyununda qüvvəmizi sınamışıq.

Hər iki görüşdə Avropa liqası təcrübəsinə malik, yaxşı komplektləşmiş Ukrayna klubları ilə üz-üzə gəlmişik. “Mariupol”a qalib gəlib, “Vorskla”ya uduzsaq da, komandanın istəkli olması, döyüşkənliyi sevindiricidir.

Böyük ehtimalla Tiflis “Dinamo”su ilə qarşılaşacağıq. Toplanış zamanı şahid olduğumuz istək, özünəinam və mübarizəni Gürcüstan klubu ilə görüşlərdə də görsək, istədiyimiz nəticələrə nail ola bilərik. Heyət yeni formalaşmaqda olduğu üçün bu üç amil daha çox lazımdır”.

Həmin kateqoriyadan