“Anderlext” “Qarabağ”a qarşı bu heyətlə oynaya bilər

Belçika mətbuatı Avropa Liqasının qrup mərhələsinin həlledici – altıncı turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Anderlext”in start heyətini açıqlayıblar. Allsport.az xəbər verir ki, belçikalılar baş məşqçi Besnik Hasinin Azərbaycan çempionu ilə oyunun ilk dəqiqələrindən bu futbolçulara şans verəcəyini iddia edirlər:

Silvio Proto, Qiyom Jiye, Serin Mbodji, Olivye Deşaxt, Fabris N`Sakalya, Leander Dendoker, Yuri Tilemans, Endi Naxar, Dennis Prat, Matias Suares, Stefano Okaka.

Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-dan 11nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.

Həmin kateqoriyadan