- Baxış sayı: 132
- 08 May 2026 23:17
- Baxış sayı: 169
- May 08, 2026
- 0

Belçikanın “Anderlext” klubunun baş məşqçisi Besnik Hasi ölkə çempionatının son turu çərçivəsində ötən gün “Genk”ə qarşı keçirdikləri oyundan (0:0) sonra Avropa Liqasının qrup mərhələsinin həlledici turunda qarşılaşacaqları “Qarabağ”la matçdan danışıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Qarabağ”la oyunda tam gücümüzü meydanda qoymalı, ələ düşən qol vəziyyətlərindən maksimum yararlanmalıyıq. Bu matç üçün düzgün taktika seçməyimiz də vacibdir. Çünki yalnız belə olan halda qrupdan çıxmağı özümüz üçün təmin edə bilərik. “Qarabağ”la oyunda da “Genk”lə matçdakı kimi kollektiv futbol sərgiləməli, daha çox hücum etməliyik”.