- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Anderlext”in futbolçusu Stiven Defur Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Qarabağ”a qarşı matçda oynamayacaq. Allsport.az saytı xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin cəzalı duruma düşməsidir.
O, “Monako” ilə görüşdə bu mövsüm 3-cü sarı vərəqəni aldığı üçün son turda iştirak edə bilməyəcək. Defur “Qarabağ”la Bakıda keçirilən oyunda və “Monako” ilə hər iki qarşılaşmada sarı vərəqə alıb.