- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 217
- Avqust 05, 2026
- 0

“Anderlext”in prezidenti Rocer Vanden Stok Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Qarabağ”la oyun haqda danışıb. Allsport.az saytı xəbər verir ki, o, qonaqlarla görüşdə yeganə hədəflərinin qələbə olduğunu bildirib:
“”Qarabağ”la oyunda yalnız bir hədəfimiz var ki, o da qələbədir. Anlayıram ki, “Anderlext” hazırda mükəmməl oynamır. Ancaq vəziyyət daha da pis ola bilərdi. Kubok matçında “Kortriyk”ə uduzduq. Lakin “Genk”lə matçda sərgilədiyimiz oyun “Qarabağ”la görüş üçün bizi ümidləndirir”.
Qeyd edək ki, dekabrın 10-da Brüsseldə keçiriləcək “Anderlext” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.