Andradenin komandası qələbə qazandı

“Qarabağ”ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyuna çıxıb.

Allsport.az xəbər verir ki, onun komandası evdə Mərkəzi Afrika Respublikası ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. 

Andrade sözügedən qarşılaşmada iştirak edib. O, 68-ci dəqiqədə meydana daxil olub.

Kabo-Verde millisi C qrupunda 10 xalla 2-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan