«Anji»nin idman direktoru: «Qarabağ» Ukrayna siyasətin qurbanı oldu

Milli komandamızın keçmiş yarımmüdafiəçisi Narvik Sırxayev Avroliqanın «F» qrupunda keçirilmiş «Qarabağ» – «İnter» oyunundan danışıb. Allsport.az saytı eurofootball.ru-ya istinadən xəbər verir ki, «Anji»nin idman direktoru Azərbaycan klubuna qaşı edilən hakim haqsızlığını pisləyib:

«Referi səhvini anlamaq olmur. «Qarabağ»ın yerinə istənilən komanda ola bilərdi. Ona görə bu hadisə məni çox kədərləndirib. Hakim işinə şərh vermək istəməzdim. Amma bu o demək deyil ki, komanda qrupdan çıxmağa layiq deyil. Çox təəssüf, son zamanlar belə hallar tez-tez təkrarlanır.

Bura siyasəti qatmaq istəmirəm. Baxmayaraq ki, qrupdan Ukraynanın «Dnepr» klubu çıxıb. İlk növbədə, azarkeşlərə yazıq olsun. Onlar istəkli komandalarına dəstək olmağa gəlmişdilər. Yekun fanatlara kədərlə bitdi. «Qarabağ»ın bütün camiyəsinin gücünü ortaya qoymasına rəğmən, kimlərinsə üzündən zəhmətləri hədər getdi. Zarafat deyil, onlar «İnter» kimi kollektivə qarşı oynayırdılar».

Həmin kateqoriyadan