Ansi Aqolli: Növbəti mövsüm yenidən çempionlar liqasında oynamaq istəyirik

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli öz “İnstagram” səhifəsində komandasının çempionlar liqasında çıxışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, albaniyali legionçu avrokubokdan sonra bütün gücü ölkə çempionatına yönəldəcəklərini deyib:
“Çempionlar liqası macəramız burada başa çatdı. Bu qrupda iki xal qazana bildik. Amma hər kəs bəxtimizin gətirmədiyini düşünür. Ümumiyyətlə, Avropada “Qarabağ” və Azərbaycan səsləri eşitdik. Əminəm ki, hamınız bizimlə qürur duydunuz.
Stadionlardakı möhtəşəm atmosfer, bizə göstərdiyiniz səmimiyyət, sevgi üçün təşəkkür edirəm. İndi yalnız premyer liqanı düşünürük. Çünki növbəti mövsüm yenidən çempionlar liqasında oynamaq istəyirik”.

Həmin kateqoriyadan