Ansi Aqolli: PAOK Yunanıstanın ən yaxşı klublarından cayılır

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsində PAOK klubuna qarşı oyun öncəsi fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, yunan həmkarlarıma açıqlamasında bunu söyləyib:

“Son dövrlər yaxşı vəziyyətdəyik, yaxşı oyun göstəririk, meydanda inamlı təsir bağışlayırıq. Amma qeyd etmək lazımdır ki, rəqibimiz PAOK da çox yaxşı komandadır. Yunanıstanın ən yaxşı klublarından biri hesab olunur.

Bu, bir daha nə dərəcədə çətin bir qrupda yer aldığımızın göstəricisidir. Etiraf edim ki, “Fiorentina” və PAOK qrupumuzun əsas favoritidir. Amma futbolda gözlənilməzlik də olur. Bizim üçün belə sürprizlər etmək çox xoşdur”.

Həmin kateqoriyadan