Antonio Konte: Rəqib təsadüfi qola sevindi

İtaliya millisi Avro-2016-nın seçmə qrup mərhələsində dünən evdə Azərbaycan komandasını qəbul edib. Allsport.az saytı xəbər verir ki, gözlənildiyi kimi üstün oyun nümayiş etdirən meydan sahibləri, yekunda 2:1 hesabı ilə qalib gəldi. Rəqibin baş məşqçisi Antonio Konte, KİV-lə görüşdə matçdan razı qaldığını deyib:

 

“Futbolçuları tənqid eləmək istəmirəm. Heç nədən də şikayətlənməyə haqqım yoxdur. Azərbaycan millisi qapımıza təhlükəli zərbələr endirməyi bacarmadı. Rəqib təsadüfi qola sevindi. Bir neçə qol vəziyyətindən yararlana bilmədik. Azərbaycan millisi Pelermoya müdafiədən oynamağa gəlmişdi. Onlar standart vəziyyətlərdən fərqlənmək istəyirdilər. Bu istəklərinə də çatdılar”.

Həmin kateqoriyadan