AQF-in prezidenti Anar Məmmədovun Qəçrəşdəki villası söküldü

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan Qolf Federasiyasının prezideneti Anar Məmmədovun Qubanın Qəçrəş kəndindəki villası sökülüb. Allsport.az saytı xəbər verir ki, bir neçə gün əvvəl villanın yerləşdiyi əraziyə ağır texnika yeridilib və mülk yerlə-yeksan olunub.

“Yeni Müsavat”ın yazdığına görə, Anar Məmmədovun villasının uçurulmasını onun nazir atasının mövqelərinin zəifləməsi ilə bağlıdır. Yada salaq ki, Ziya Məmmədov son vaxtlar səlahiyyətlərini bir-birinin ardınca itirməkdədir.

Həmin kateqoriyadan