- Baxış sayı: 19
- 22 İyul 2026 23:57
- Baxış sayı: 107
- İyul 22, 2026
- 0

Cəbrayıl rayonunun Horovlu kəndində və “İdman paytaxtı Qazax” layihəsi çərçivəsində Qazax rayonunda qolf üzrə təqdimat və tanıtım təlimləri təşkil olunub.
Allsport.az xəbər verir ki, tədbirlərin məqsədi bölgələrdə qolfun tanıdılması, uşaq və gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və bu idman növünün inkişafına dəstək vermək olub.
Azərbaycan qolf federasiyasının baş məşqçisi Tural Vəlizadə və köməkçi məşqçi Sahib Məmmədov iştirakçılara qolfun tarixi, əsas qaydaları və ilkin texniki vərdişləri barədə məlumat veriblər. Praktiki məşğələlər zamanı iştirakçılar qolf avadanlıqlarından istifadə qaydalarını öyrənib, ilk zərbələrini yerinə yetiriblər.
Horovlu kəndində və Qazax rayonunda keçirilən təlimlər yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda Azərbaycan qolf federasiyasının baş katibi Arif Novruzov iştirakçılara qolfa aid xatirə hədiyyələri təqdim edib.
Federasiya gələcəkdə də ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qolfun tanıdılması və inkişafı məqsədilə bu cür maarifləndirici və praktiki tədbirləri davam etdirəcək.