- Baxış sayı: 69
- 22 İyul 2026 14:11
- Baxış sayı: 160
- İyul 22, 2026
- 0

Azərbaycan milli qolf klubunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda bizimkilırlə yanaşı, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən ən güclü gənc idmançılar bir araya gəlib.
Bununla bərabər, Quba mehmanxanasının ərazisində qolf düşərgəsi olub. 10 gün ərzində birgə məşqlər keçirilib, təcrübə mübadiləsi aparılıb, iştirakçı ölkələrin milli federasiyalarının baş məşqçilərinin rəhbərliyi ilə oyun bacarıqları inkişaf etdirilib, komandalar arasında dostluq münasibətlərini daha möhkəmləndirilib.