Aramsız yağış “Qarabağ” – PAOK matçının bilet satışına təsir edir

Avropa Liqasının qrup mərhələsidə Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubunu qəbul edəcək “Qarabağ”, bu oyuna bilet satışını davam edir. Allsport.az saytı xəbər verir ki, ötən gündən etibarən bilet satışına start verilsə də, hələlik, ciddi fəallıq yoxdur.

Qeyri-sabit hava şəraiti azarkeşlərin bilet almasına təsir edir. Təşkilatçıların sözünə görə, çox güman, matç günü yaxınlaşdıqca bilet alan azarkeşlərin sayı artacaq.

Qeyd edək ki, “Qarabağ” – PAOK matçının biletləri 1-20 manat aralığındadır. VİP yerlər üçün isə biletlər 50 AZN-dir. Bu komandalar arasında görüş oktyabrın 20-də keçiriləcək və saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan