Araz Abdullayev: Kərbəlada nə işim var?

Bəzi yerli saytlarda «Neftçi» klubunun yarımmüdafiəçisi Araz Abdullayevin Təqvim bayramında şiələrin müqəddəs hesab etdiyi Kərbəla ziyarətə gedəcəyi ilə bağlı məlumatlar yayılıb. Allsport.az saytı xəbər verir ki, futbolçu bu barədə öz facebook səhifəsində məlumatı təkzib edib. O, məsələyə belə aydınlıq gətirib:

«Ziyarətə gedəcəyimi yazıblar. Amma bu, yalan məlumatdır. Sözsüz ki, Kərbəla torpağına ayaq basmaq gözəldir. Mən belə bir söz deməmişəm. Yeni ili də ailəmlə bir yerdə Bakıda keçirəcəyəm. Sadəcə, yazdım ki, bunu oxuyanlar Bakıda məni görəndə başqa cür fikirləşməsinlər».

Həmin kateqoriyadan